Ermənistan hökuməti Rusiya-Ermənistan Universitetinin (RAU) respublika ərazisində fəaliyyəti haqqında Rusiya ilə hökumətlərarası sazişin ratifikasiyasını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilən qərarda deyilir.
Qeyd olunur ki, qanun layihəsi onun konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək. Müsbət qərar qəbul olunarsa, baxılmaq üçün parlamentə təqdim olunacaq.
Qanun layihəsinin əsaslandırmasında vurğulanır ki, sazişin ratifikasiya edilməsinin məqsədəuyğunluğu Rusiya-Ermənistan Universitetinin inzibati, tədris və elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılması zərurəti, habelə prosesləri Ermənistan və Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq istəyi ilə bağlıdır.