Azərbaycanlı blogerin Rusiyaya girişi qadağan olundu

20:57 - 27 Fevral 2025 - Xəbər

Hazırda Birləşmiş Ərəb Əmirləriklərində olan Azərbaycan əsilli məşhur bloger SUBO (Sübxan Məmmədov Murad oğlu) Rusiya vətəndaşlığından məhrum edilib.

Ucnoqta.az xəbər verir ki, Sübxan Məmmədov özü haqqında yalan məlumat verdiyinə görə Rusiya vətəndaşlığından məhrum edilib.

Blogerin vərəndaşlığı ləğv olunmaqla yanaşı ona Rusiya Federasiyasına girişinə 70 il qadağa qoyulub.
Subonun İnstaqramda 13,5 milyon izləyicisi var.

Xəbər xətti