Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Samir Şərifov bir neçə gün əvvəl oğluna toy edib.
Bakıda dəbdəbəli restoranların birində baş tutan məclisdə bir çox ulduz səhnə alıb.
Gecədə özəl çıxış üçün Rusiyada yaşayan ukraynalı müğənnii Ani Lorak Bakıya dəvət olunub.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ucnoqta.az xəbər verir ki, "bakuplus.az" saytı toyla bağlı yeni görüntülər paylaşıb.
Bildirilir ki, məclisdə Azərbaycanın bir çox tanınmış ulduzu – Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva kimi ifaçılar da səhnə alıb.
Xatırladaq ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.
Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.
Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.