Prezident Sərəncam imzaladı

14:54 - 28 Fevral 2025 - Xəbər

Prezident İlham Əliyev Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci (Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 9.940,0 (doqquz milyon doqquz yüz qırx) min manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər və rayon icra hakimiyyətlərinə ayrılıb.

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı

 

 

Şəhərin adı

Quraşdırılacaq liftlərin sayı

Ayrılmış vəsaitin məbləği

(min manat)

7 şəhər üzrə cəmi:

200

9.940,0

o cümlədən:

1.

Bakı

141

7.007,7

2.

Sumqayıt

30

1.491,0

3.

Naxçıvan

11

546,7

4.

Gəncə

10

497,0

5.

Xırdalan

5

248,5

6.

Qazax

2

99,4

7.

Bərdə

1

49,7

Xəbər xətti