Yunanıstanda kütləvi etirazlar keçirilib.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, on minlərlə insan 57 nəfərin həyatına son qoyan qatar qəzasının ikinci ildönümü ilə əlaqədar Yunanıstan parlamentinin yaxınlığındakı mərkəzi Sintaqma meydanına etiraz aksiyası keçirib.
Yunan polisi Afinanın mərkəzində onlarla səs qumbara və gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bir fotomüxbir yaralanıb və iğtişaşlar bir neçə saat davam edib.