Azərbaycanlı tanınmış model Diana Əhədpur paylaşımı ilə gündəmə gəlib.
Milli.Az bildirir ki, qarda soyunub çimmə trendinə o da biganə qala bilməyib. Model şaxtalı-qarlı havada bikinidə qarla çimib.
Diana bu anlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Diana evləndiyi şəxs haqqında "Fərqi yoxdur yaşlıdır, əsas pulu çox olsun" sözlərini söyləməsi uzun müddət ölkə mətbuatında xeyli müzakirələrə səbəb olmuşdu. O İrandan olan tanınmış iş adamı Manuçehr Əhədpur Xangahla evlidir. Onların bu izdivacdan bir oğlu var.