Tramp və Zelenski görüşündə GƏRGİN DİALOQ

21:40 - 28 Fevral 2025 - DÜNYA

Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib, prezident Donald Trampla görüşüb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, liderlərin grüşü zamanı gərgin dialoq olub. Danışıqlar zamanı ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də iştirak edib.

Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiyadan danışıram. İndi kişi qıtlığı var, ordunuza adam yığa bilmirsiniz..

Zelenski: Siz Ukraynada olmamısınız, tariximizi bilmirsiniz.

Vens: Mən tarixi bilirəm, Ukrayna xalqının başına gələnləri görürəm. Siz bizim adminstrasiyamıza hücum edə bilməzsiniz.

Tramp: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur.

Zelenski: Mən sizə heç nə diktə etmirəm.

Tramp: İndi çox yaxşı vəziyyətdə deyilsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. “Mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsən. Bizsiz əlinizdə güclü kartlar yoxdur. Milyonlarla insan risk altındadır. Biz III Dünya Müharibəsini gözləyirik, onunla oynamaq olmaz.

Xəbər xətti