Trampın oğlu qeyri-qanuni ovçuluqda şübhəli bilinir

00:00 - 4 Fevral 2025 - DÜNYA

 ABŞ prezidenti Donald Trampın kiçik oğlu İtaliyanın şimalındakı Venesiya laqonunda nadir ördək növünü vurmaqda şübhəli bilinir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Veneto regional şurasının üzvlərinin dediyinə görə, bir videoda o, qorunan ərazidə etdiyi ovu göstərir.

La Repubblica-nın məlumatına görə, ov Avropada olduqca nadir rast gəlinən qırmızı sinəli qaz üçün ola bilər.
Video “Global Hunt for Adventure” ixtisaslaşmış saytında yerləşdirilib.

Qəzet qeyd edir ki, kiçik Tramp 2024-cü ilin dekabrında Venesiyada olub.

Xəbər xətti