Uzun illərdir diplomatiya sahəsində çalışan Mətin Mirzə yeni vəzifəyə təyin olunub.
Ucnoqta.az “Modern.az”a istinadən xəbər verir ki, o, bir müddət öncə Azərbaycanın İrandakı Səfirliyində müşavir vəzifəsində işə başlayıb.
Məlumatı Mətin Mirzənin özü də “Modern.az”a təsdiqləyib. O bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.
Xatırladaq ki, Mətin Mirzə mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğludur. O, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olub, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb.