Suriyanın şimalında Hələb vilayətində yerləşən Mənbic şəhərinin girişində naməlum silahlılar minalanmış avtomobili partladıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumata görə, terror aktı nəticəsində ölən və yaralananlar var.
Fevralın 1-də şəhərin mərkəzində avtomobilin partladılması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.