Həm ləzzəti, həm də sağlamlığa müsbət təsirləri ilə tanınan şitake göbələkləri çox qədim tarixlərinə görə “imperatorların uzun ömürlərinin sirri” kimi tanınır.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, tərkibində D vitamini, sink və antioksidanlar olan şitake göbələklərinin faydaları saysız-hesabsızdır.
Çin, Koreya və Yaponiya başda olmaqla Asiya mətbəxlərində tez-tez istifadə edilən şitake göbələklərinin faydalarına görə istehlakı artıb.
Daimi istehlak edildikdə immunitet sistemini gücləndirən şitake göbələkləri sümük sağlamlığını da faydalıdır. Şiitake göbələyi (Lentinula edodes) həm ləzzətli dadı, həm də sağlamlığa müsbət təsirləri ilə tanınan məşhur göbələk növüdür. Faydaları bunlardır:
Ürək sağlamlığı
Xolesterolu azalda bilər: Şiitake göbələklərində olan eritadenin və beta-qlükanlar pis xolesterolu (LDL) azaltmağa kömək edə bilər.
Qan təzyiqini tarazlaya bilir: Tərkibindəki kalium qan təzyiqini tənzimləyərək ürək sağlamlığını dəstəkləyir.
İnfeksiyalardan qoruyur
Şiitake göbələklərinin tərkibində beta-qlükanlar və polisaxaridlər kimi komponentlər var. Bu maddələr immunitet sistemini dəstəkləyərək bədəni infeksiyalara qarşı qoruya bilər.
Həzm sisitemini tənzimləyir
Prebiyotik təsirə malikdir: Bağırsaqlardakı faydalı bakteriyaları dəstəkləyərək həzm sistemini tənzimləyə bilir.
Liflə zəngindir: Bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir.
Ostepeoz riskini azaldır
Şiitake göbələkləri tərkibində D vitamini olan nadir bitki mənbələrindən biridir. D vitamini kalsiumun udulmasını artıraraq sümük sağlamlığını dəstəkləyir və osteoporoz riskini azalda bilər.
Dəri və saç sağlamlığına faydalıdır
Şiitake dərinin daha sağlam görünməsinə kömək edə bilər, çünki tərkibində sink, selen və antioksidantlar var. Tərkibində saç tökülməsini azalda bilən maddələr də var.