Rusiya Ordusunun fevralın 3-ü səhər saatlarına olan itkilərinin sayı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb. Məlumata görə, 1076 günlük genişmiqyaslı müharibədə artıq 841 660 işğalçı həlak olub. Belə ki, son sutkada Rusiya Ordusu 1300 canlı qüvvə itki verib.
Fevralın 3-ü səhərə olan hazırkı düşmən itkiləri:
Canlı qüvvə - təxminən 841,660 (+1,300) nəfər,
tanklar - 9920 (+12),
döyüş zirehli texnikası - 20685 (+18),
artilleriya sistemləri – 22589 (+51),
RSZV – 1268 (+1),
hava hücumundan müdafiə sistemləri - 1053 (+3),
təyyarə - 369 (+0),
helikopterlər – 331 (+0),
Əməliyyat-taktiki səviyyəli PUA-lar – 29911 (+118),
qanadlı raketlər - 3054 (+0),
gəmilər/qayıqlar – 28 (+0),
sualtı qayıqlar - 1 (+0),
avtomobil avadanlığı və sisternlər – 35798 (+89),
xüsusi avadanlıq – 3731 (+2).