ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo və Meksika prezidenti Klaudiya Şeynbaum ilə ABŞ-ın öz ölkələrindən gələn mallara tətbiq etdiyi rüsumları müzakirə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Danışıqlar fevralın 3-də baş tutacaq.
"Kanada və Meksikanın ABŞ-a “çox pul borcu var. Və mən əminəm ki, onlar ödəyəcəklər”, - Tramp bildirib.
O, həmçinin Avropa İttifaqına da tariflərin tətbiq ediləcəyini bildirib, lakin konkret tarix açıqlamayıb.