Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Ucnoqta.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov bu barədə Facebook səhifəsində yazıb.
“Artıq 2025-ci il üçün razılaşmalar var. Əsas prioritet F-16 proqramıdır. Təyyarələrin növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndislərin və texniki heyətin təlimlərini davam etdiririk”.
Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb və ayrılan 400 milyon yardımın bölüşdürülməsinə razılaşıb, lakin döyüş təyyarələrinin tədarük həcmi və vaxtı barədə məlumat verilmir.
Ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə söz verib.