Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Yunanıstanda "Olimpiakos"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
36 komanda arasında sonuncu olan "Qarabağ" turniri 3 xalla bitirib.
"Olimpiakos" inamlı qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.
31 yanvar
Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: El-Kaabi, 56 (1:0), 60 (2:0), Biankon, 89 (3:0)