Rusiyanın Kamçatka vilayətində otel kompleksinin baş direktoru öz kabinetində güllələnib.
Ucnoqta.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaq müəyyən edib ki, bazar ertəsi Petropavlovsk-Kamçatskinin Karl Marks küçəsində yerləşən otel kompleksinin həmtəsisçisi olan 67 yaşlı kişi 45 yaşlı rəqibini düşmənçilik zəminində başından güllələyib.
Bundan sonra o, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı cinayət işi açılıb.
Şübhəli şəxs hazırda saxlanılıb.///tass