"Meta"nın virtual reallıq investisiyaları 100 milyard dolları keçəcək

13:35 - 3 Fevral 2025 - MARAQLI

Amerikanın "Meta" korporasiyası tərəfindən virtual və əlavə reallıq texnologiyalarının inkişafına ümumi investisiyalar 2025-ci ildə 100 milyard dolları keçəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, 2014-cü ildən bəri korporasiyanın ümumi investisiyaları 80 milyard dolları ötüb.
Şirkət 2025-ci ildə virtual reallıq bölməsi olan "Reality Labs" üçün əlavə 19,9 milyard dollar xərcləyəcək.

Nəşr yazır ki, korporasiya “Ray-Ban” brendi ilə birgə kiçik ölçülü virtual reallıq eynəklərinin yaradılmasına xüsusi diqqət yetirir.

Xəbər xətti