İlon Maskın “ləğvetmə” prosesindən keçdiyini dediyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əsas binası fevralın 3-də bağlanacaq və agentliyin əksər əməkdaşları uzaqdan işləyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post qəzetinin müxbiri Con Hudson təşkilatın əməkdaşlarının elektron poçtuna istinadən məlumat verib.
Məktubda həmçinin qeyd olunub ki, agentliyin əsas binasında yerləşən əməkdaşlar uzaqdan işləyəcəklər.
Fəaliyyəti binanın fəaliyyəti üçün zəruri olan bəzi işçilər rəhbərliyin qərarına əsasən işləməyə davam edəcəklər.