Amerikanın "Meta" korporasiyası tərəfindən virtual və əlavə reallıq texnologiyalarının inkişafına ümumi investisiyalar 2025-ci ildə 100 milyard dolları keçəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Məlumata görə, 2014-cü ildən bəri korporasiyanın ümumi investisiyaları 80 milyard dolları ötüb.
Şirkət 2025-ci ildə virtual reallıq bölməsi olan "Reality Labs" üçün əlavə 19,9 milyard dollar xərcləyəcək.
Nəşr yazır ki, korporasiya “Ray-Ban” brendi ilə birgə kiçik ölçülü virtual reallıq eynəklərinin yaradılmasına xüsusi diqqət yetirir.