Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

22:55 - 3 Fevral 2025 - DÜNYA

Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, Seneqo portalının məlumatına görə, Mareşal, Sent-Ekzüperi və Kont-Admiral Prote bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Portal öz mənbələrinə istinadən qeyd edir ki, fransız kontingenti sentyabr ayına qədər Seneqalı tamamilə tərk etməlidir.

Bundan əvvəl Seneqalın APS agentliyi fransız hərbi mənbəsinə istinadən xəbər vermişdi ki, Paris yaya qədər bütün qoşunlarını çıxarmaq niyyətindədir.

Xəbər xətti