0
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.
AFFA-nın rəsmi saytında verilən məlumata görə, vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.
"Neftçi" – 56,794.43 avro
"Səbail" – 56,794.43 avro
"Qəbələ" – 56,794.43 avro
"Zirə" – 56,794.43 avro
"Sumqayıt" – 56,794.43 avro
"Sabah" – 56,794.43 avro
"Keşlə" – 56,794.43 avro
Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
