32
İran və ABŞ arasında atəşkəs rejiminin uzadılması məsələsi müzakirə olunmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters İran rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Tehranın mövqeyinə əsasən, ABŞ anlaşma memorandumunu imzaladıqdan 48 saat sonra pozduğu üçün atəşkəs qüvvədə deyil və buna görə də onun uzadılması müzakirə mövzusu deyil.
İran rəsmisi bildirib ki, hazırda müzakirələr memorandumun müddəalarına qayıtmaq və onların icrası yolları ətrafında aparılır. Lakin hələlik bu istiqamətdə irəliləyiş əldə olunmayıb.
