29
İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalına növbəti aviazərbə endirdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Ordunun məlumatına görə, zərbənin hədəfi HƏMAS-ın hərbi qanadının komandiri olub.
İMQ-nin açıqlamasında bildirilib ki, həmin şəxs Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə hücumlar planlaşdırıb. İsrail ordusu təhlükənin aradan qaldırılması məqsədilə ona qarşı hava zərbəsi endirildiyini bildirib.
Hərbi qurum zərbə zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyünü qeyd edib.
