Bu gün AFFA-nın XXV Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, "Bulvar otel”də baş tutacaq tədbir saat 10:00-da start götürəcək. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması – Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
