32
Ukrayna Prezidenti Volodimir Zelenski Qara dənizdə təhlükəsiz gəmiçilik və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində razılaşmaya hazır olduqlarını bildirib.
Ucnoqta.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna təhlükəsizliyi təmin edə biləcək yolu dəstəkləyir və hazırda Rusiyanın cavabını gözləyir.
“Ukrayna sakit və təhlükəsiz gəmiçiliyi, eləcə də Qara dənizdə ərzaq təhlükəsizliyini təmin etmək üçün öz üzərinə düşən hissəni yerinə yetirməyə hazırdır. Əgər Rusiya da deeskalasiyaya doğru real addımlar atmağa hazırdırsa, biz buna hazırıq”, – deyə Zelenski bildirib.
