27
ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putini dekabr ayında Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək G20 sammitinə dəvət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz Prezident Putini dəvət etmişik. Ümid edirik ki, o, dəvəti qəbul edəcək”, – deyə Rubio bildirib.
G20 sammitinin dekabrın 14-15-də Mayami yaxınlığındakı Doral şəhərində keçirilməsi planlaşdırılır.
