27
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda İranla bağlı keçirilən görüşdə bir sıra yaxşı təkliflərin irəli sürüldüyünü bildirib.
Ucnoqta.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, onun kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff İranla mümkün razılaşma üzrə vasitəçilərlə görüşüblər.
“Vasitəçilər iştirak edirdi. Ən yüksək səviyyədə deyildilər. Çoxlu yaxşı ideyalar var idi. Çox şey yaxşı gedir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ və İran nümayəndələrinin BMT Baş Assambleyası çərçivəsində üç saatlıq görüş keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, görüş “çox yaxşı” keçib.
