39
Səudiyyə Ərəbistanının hərbi aviasiyasının Yəmənin şimal-şərqində yerləşən Marib vilayətinin Əl-Cuba rayonuna 4 hava zərbəsi endirdiyi iddia olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Ənsar Allah” hərəkatına məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Hücumlar nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, daha əvvəl husilər Yəmənin bir sıra vilayətlərinə endirilən hava zərbələrinə görə Səudiyyə Ərəbistanını məsul tutublar.
