28
Avropa nümayəndələrinin Ukrayna üzrə danışıqlar prosesinə qoşulması danışıqları çətinləşdirə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevlə danışıqlarına Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin də qoşulması prosesə mənfi təsir göstərə bilər.
“Bu, daha çox danışıqlar prosesini çətinləşdirə bilər. Amerikalılardan fərqli olaraq, avropalılar faktiki olaraq bu müharibənin başa çatmasına imkan verməmək üçün hər şeyi edirlər”, – Peskov deyib.
