27
Latviya hökuməti Rusiya və Belarusdan ölkəyə daxil olan taxıl yüklərinə 300 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, “Delfi” portalının məlumatına görə, bu barədə Latviyanın Baş naziri Andris Kulbergs bildirib.
Onun sözlərinə görə, parlamentdə təmsil olunan partiyalar tranziti məhdudlaşdırmaq məqsədilə bu tədbirin tətbiqi ilə razılaşıblar.
Baş nazir qeyd edib ki, məsələni ilkin olaraq Estoniyadakı həmkarı ilə müzakirə edib. O, həmçinin Litva hökumətinin rəhbəri ilə bu mövzuda danışıqlar aparmağı planlaşdırır.
