23
Yəmən hakimiyyəti ölkənin rəsmi paytaxtı olan Səna şəhəri üzərində nəzarəti bərpa etmək niyyətindədir.
Unoqta.az bildirir ki, “Al Jazeera” telekanalının məlumatına görə, Yəmən müdafiə nazirinin köməkçisi Sənanın “azad edilməsi barədə qərar qəbul olunduğunu” bildirib.
Onun sözlərinə görə, bununla husilərlə qarşıdurma məsələsinin həllinə nail olmaq mümkün olacaq.
Müdafiə Nazirliyinin nümayəndəsi bununla bağlı əlavə açıqlama verməyib.
Şəhər 2015-ci ildən Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarlarının nəzarətindədir.
