30
İran Silahlı Qüvvələrinin Baş Qərargahından nümayəndə heyəti mart ayında əsir götürüldüyü bildirilən üç iranlı pilotun taleyini araşdırmaq üçün Qətərə gedib.
Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqayi açıqlayıb.
Onun sözlərinə görə, pilotların taleyinin müəyyənləşdirilməsi diplomatik məsləhətləşmələrin gündəliyində daim yer alır. Texniki nümayəndə heyəti isə məsələ ilə bağlı araşdırma aparmaq üçün son günlər Qətərə səfər edib.
Avqustun 15-də İran Silahlı Qüvvələrinin Baş Qərargahının itkinlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzadə üç İran Su-24 pilotunun mart ayında döyüş uçuşu zamanı təyyarələrin qəzaya uğramasından sonra Qətərdə əsir götürüldüyünü bildirmişdi.
