31
Yaponiyanın Okinava adasında iki ABŞ hərbçisi üç yerli sakinə hücum etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Okinawa Times qəzeti məlumat yayıb.
Hadisə yerli festival münasibətilə keçirilən bayram tədbirləri zamanı baş verib. Polisin məlumatına görə, Kemp-Korni bazasında xidmət edən ABŞ Dəniz Piyadaları Korpusunun iki hərbçisi üç yerli sakini itələyib və onların üzünə yumruqla zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəlib. Saxlanılan hər iki hərbçinin alkoqolun təsiri altında olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
