İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı ərazilərə hava zərbələri endirib. Zərbələrin “Hizbullah” döyüşçülərinin pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi hücuma cavab olaraq təşkil edildiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, “Al Mayadeen” telekanalının məlumatına görə, Nəbatiyyə əyalətinin Ərəb-Səlim şəhərinə endirilən zərbə nəticəsində azı 2 nəfər ölüb.
İsrail aviasiyası Kfar-Rumman bölgəsini də bombalayıb. Hücum nəticəsində 5 nəfərin yaralandığı bildirilib.
Nəbatiyyə şəhərinə endirilən hava zərbələri zamanı isə Qandur xəstəxanası bir neçə raketin atəşə tutulması nəticəsində tamamilə dağılıb. Şəhərin mərkəzində yerləşən Rəhbət məhəlləsində də bir neçə binaya ziyan dəyib. Sakinlər arasında xəsarət alanların olduğu qeyd olunur.
