18
Nepalda daşqın nəticəsində dağılan “Trişuli 3A” Su Elektrik Stansiyasının tunelində azı üç nəfər sağ vəziyyətdə aşkarlanıb.
Ucnoqta.az bildirir ki, bu barədə xilasetmə əməliyyatında iştirak edən nepallı deputat Rama Neupane məlumat verib.
“ İçəridə daha bir neçə nəfərin olduğu barədə məlumat daxil olub. Axtarış-xilasetmə əməliyyatı davam edir”, – deyə deputat X hesabında yazıb.
Bir neçə dəqiqə sonra deputat xilas edilən daha iki nəfər barədə məlumat paylaşıb.
