Los-Anceles sakini Benjamin Azaria Southworth ABŞ Prezidenti Donald Trampa qarşı təhdidlər səsləndirdiyi üçün saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kaliforniyanın Mərkəzi Dairəsi üzrə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Los-Ancelesin Vestleyk rayonunda yaşayan və əvvəllər podkastlar hazırlayan Southworth federal böyük münsiflər heyəti tərəfindən təsdiqlənmiş üç ittiham üzrə saxlanılıb.
O, Prezident Donald Trampı öldürməklə hədələməkdə, internet üzərindən izləməkdə, həmçinin Trampın şəxsi vəkilini və vəkilin ailə üzvlərini təqib etməkdə ittiham olunur.
Məlumata görə, təqsirləndirilən şəxs “YouTube”, “Instagram” və “TikTok” hesablarından, eləcə də şəxsi saytından Prezident Trampa və onun tərəfdarlarına qarşı nifrət ifadələri yaymaq üçün istifadə edib.
Southworth təqsirli bilinərsə, ümumilikdə 12 ilədək azadlıqdan məhrum edilə bilər.
