ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın ABŞ-dan ölkələrinə qayıtmasına sevindiyini bildirib. O, kral ailəsinin yerində olsaydı, cütlüyü geri qəbul etməyəcəyini deyib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Buna sevindim. Mən heç vaxt onların tərəfdarı olmamışam”, – deyə o qeyd edib.
ABŞ lideri Harri və Meqan Marklın kral ailəsinə qarşı son dərəcə hörmətsiz davrandığını düşünür.
“Onların kral ailəsinə münasibəti mənim xoşuma gəlmirdi. Onun davranışını bəyənmirdim. Hesab edirəm ki, o, kraliça II Elizabetə və kral III Çarlza qarşı olduqca hörmətsiz davranıb. Mən kral ailəsinin yerində olsaydım, onları geri qəbul etməzdim”, – deyə Tramp əlavə edib.
