23
Çin ABŞ-la Venesuela arasında əldə olunan yeni razılaşmadan sonra ölkədə yeni neft yataqlarının işlənməsindən əldə ediləcək gəlirləri borcların ödənilməsi hesabına tələb etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Xeyr, bunu etməyəcəklər. Bu yataqlar Venesuela və ABŞ xalqlarının, eləcə də qlobal enerji bazarlarının maraqları naminə işlənəcək”, – deyə o, müvafiq suala cavabında bildirib.
Rayt əlavə edib ki, Venesuelanın borcunun restrukturizasiyası istiqamətində iş aparılır.
