Almaniya hökuməti avqustun əvvəlində Leypsiq/Halle hava limanında aşkar edilən pilotsuz uçuş aparatı ilə bağlı insident səbəbindən Berlindəki Rusiya Evinin fəaliyyəti haqqında sazişi ləğv etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri İohann Vadeful bildirib.
Onun sözlərinə görə, Rusiya Leypsiqdə baş verdiyi iddia edilən “hibrid hücuma” görə məsuliyyət daşıyır.
“Federal hökumət NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə öz fəaliyyətini sıx şəkildə əlaqələndirir. O, tərəfdaşlarının dəstəyindən yararlanır və öz növbəsində onları dəstəkləyir. Almaniya təhlükəsizlik siyasətindəki kursunu davam etdirir”, – Vadeful Berlində keçirilən mətbuat konfransında deyib.
“Berlindəki Rusiya Evinin fəaliyyəti haqqında saziş ləğv edilir”, – deyə Almaniya XİN rəhbəri bildirib.
