35
Rusiya Ermənistanın gələcəkdə Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı seçimini mümkün qədər tez müəyyənləşdirməsini istəyir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə ölkənin Aİ-yə üzvlüyü məsələsində seçimin Ermənistan xalqına verilməsini və insanların nə istədiyinin soruşulmasını təklif edib.
