26
Rusiya Silahlı Qüvvələrinin Odessaya «Banderol» tipli vasitələrdən istifadə etməklə kütləvi zərbə endirdiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə «Voenkorı Russkoy Vesnı» Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hücumun əsas hədəfi enerji infrastrukturu obyektləri olub. Zərbələr nəticəsində şəhərin bəzi rayonlarında elektrik enerjisinin kəsildiyi, partlayış səslərinin eşidildiyi bildirilib.
Həmçinin qeyd olunur ki, hazırda Odessa istiqamətində daha 8 «Banderol» və təxminən 10 «Geran» PUA-sı hərəkət edir.
Ukrayna mənbələri isə Su-34 və Su-35 qırıcılarının, raket silahlarının və idarə olunan aviasiya bombalarının tətbiqi təhlükəsi barədə məlumat yayıb.
