26
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar çərçivəsində nüvə silahından istifadə edilməsini istisna etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ İranla bağlı vəziyyətdə hərbi imkanlarını nəzərdən keçirsə də, nüvə silahından istifadə variantını gündəmdə saxlamır.
ABŞ prezidenti bununla yanaşı, Tehranla bağlı siyasətdə digər hərbi və iqtisadi təzyiq vasitələrinin tətbiqinin mümkünlüyünü istisna etməyib.
