26
Rumıniya Milli Müdafiə Nazirliyi ABŞ-dan Amerika qoşunlarının ölkədən çıxarılması ilə bağlı heç bir bildiriş almayıb.
Bu barədə ölkənin Müdafiə naziri vəzifəsini icra edən Radu Miruță Digi24 televiziya kanalına verdiyi müsahibədə bildirib.
“Hazırda Müdafiə Nazirliyi səviyyəsində Amerika qoşunlarının Rumıniyanı tərk edəcəyinə dair heç bir əlamət yoxdur”, – deyə o, bildirib.
Bundan əlavə, nazir vəzifəsini icra edən şəxs son bir neçə ay ərzində Rumıniyaya təxminən 400 əlavə Amerika əsgərinin gəldiyini vurğulayıb. O əlavə edib ki, “Amerikanın Avropadakı hərbi mövcudluğunun nəzərdən keçirilməsi” avtomatik olaraq qoşunların geri çəkilməsi kimi şərh edilməməlidir, çünki bu, kontingentdə “həm artım, həm də azalma” demək ola bilər.
