39
Londonun “Uembli” stadionunun yaxınlığındakı Nisdendə tullantıların emalı zavodunda güclü yanğın başlayıb.
Ucnoqta.az xəbər verir ki, BBC-nin məlumatına görə, alov qarışıq tullantıların emalı müəssisəsini əhatə edib. Hadisə yerində güclü tüstü müşahidə olunur və ətraf ərazilərdə nəqliyyatın hərəkətinin ciddi şəkildə çətinləşəcəyi bildirilir.
Yerli sakinlərə qapı və pəncərələri bağlamaq, imkan daxilində evlərini tərk etməmək tövsiyə olunub.
Yanğının səbəbi və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. tüstü buludları Londonun mərkəzindən bir neçə kilometr uzaqdan görünür. Yanğın səbəbindən metro xidmətində də fasilələr yaranıb.
