30
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqlar prosesinə qayıtmağın hələ də mümkün olduğunu, bunun üçün Vaşinqtonun təzyiq siyasətindən əl çəkməli olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Əraqçi X sosial şəbəkəsində yazıb.
“Diplomatiyanı konstruktiv məcraya qaytarmaq tamamilə mümkündür. Bunun üçün ABŞ sadə bir həqiqəti dərk etməlidir: təzyiq nəticə vermir”, – nazir qeyd edib.
O, ABŞ administrasiyasını dialoqu qarşılıqlı hörmət əsasında aparmağa, İranın hüquqlarını tanımağa və öz öhdəliklərinə əməl etməyə çağırıb.
