25
Nepal hakimiyyəti daşqından zərər çəkmiş ərazilərdə yeni sel dalğası təhlükəsi ilə əlaqədar xilasediciləri, təmir işçilərini və texnikanı təhlükəli zonalardan təxliyə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polis əməkdaşlarından biri ANI agentliyinə bildirib ki, suyun səviyyəsinin yüksəlməsi gözlənildiyindən bütün işlər dayandırılıb və əməliyyatda iştirak edən texnika geri qaytarılır.
“Hamı həmin ərazidən təxliyə edilərək təhlükəsiz yerə aparılır. Bütün işlər dayandırılıb. Daha güclü daşqın baş verə bilər, buna görə hamı yüksək hazırlıq vəziyyətinə gətirilib”, – polis əməkdaşı deyib.
