32
Fransanın Kan şəhərində avqustun 26-da axşam saatlarında avtomobil dəmir yolu stansiyasının qarşısında insanların olduğu əraziyə çırpılıb.
Ucnoqta.az xəbər verir ki, Reuters agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır və kritik olduğu, daha 3 nəfərin isə ciddi xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayan Reuters qeyd edir ki, avtomobilin sürücüsü bunu qəsdən edib. Sürücü artıq saxlanılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır, həmçinin ərazidəki müşahidə kameralarının görüntülərini araşdırır.
