Nepalın şimalında baş verən daşqın nəticəsində azı 826 nəfərin itkin düşdüyü bildirilir.
Ucnoqta.az xəbər verir ki, ölkənin Risklərin Azaldılması və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin son hesabatına görə, itkin düşənlər arasında 466 xarici vətəndaş və 113 Nepal vətəndaşı olmaqla, ümumilikdə 579 turist var.
Hesabatda həmçinin daşqın bölgəsində 165 meyitin aşkar edildiyi, onların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinin davam etdiyi qeyd olunur. Fəlakət zonasından 29 xarici vətəndaş helikopterlə təxliyə edilib.
Hazırda əsas diqqət yaralıların xilas edilməsi və müalicəsinə, itkinlərin axtarışına, zərərçəkənlərə yardım göstərilməsinə, həmçinin yolların, körpülərin, elektrik stansiyalarının, rabitə və su təchizatı sistemlərinin bərpasına yönəldilib.
