Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Rusiya ordusunun 1 milyon 482 min 150 hərbçisi öldürülüb və ya yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada 1 400 rusiyalı hərbçi sıradan çıxarılıb. Həmçinin 4 tank, 7 zirehli döyüş maşını, 53 artilleriya sistemi, 3 reaktiv yaylım atəş sistemi, 2 hava hücumundan müdafiə vasitəsi, 17 yerüstü robot kompleksi və digər hərbi texnika məhv edilib.
Ukrayna tərəfi qeyd edir ki, təqdim olunan rəqəmlər ilkin xarakter daşıyır və dəqiqləşdirilir.
Müharibənin başlanmasından indiyədək Rusiyanın itkiləri arasında 12 304 tank, 25 237 zirehli döyüş maşını, 48 694 artilleriya sistemi, 2 065 RYAS qurğusu, 1 590 hava hücumundan müdafiə sistemi, 440 təyyarə və 354 helikopter də göstərilir.
Bundan əlavə, Ukrayna Baş Qərargahı Rusiya ordusunun 483 367 operativ-taktiki PUA, 140 248 avtomobil və yanacaq çəni, 5 052 qanadlı raket və 2 404 yerüstü robototexniki kompleks itirdiyini bildirir.
