Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.
Ucnoqta.az unikal.az-a istinadla xəbər verir ki, universitetin rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib.
Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.
SABAH.city innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin vahid ekosistemdə inkişaf etdirilməsinə yönəlmiş layihədir. Layihə çərçivəsində ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun yaradılması universitetin süni intellekt üzrə elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsinə xidmət edəcək.
